Bakıda qadın gözəllik salonunda tanışı tərəfindən bıçaqlanıb.
Publika.az Report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən gözəllik salonunda qeydə alınıb.
Məlumata görə, 39 yaşlı S.Hasanov həmin salonda çalışan, tanışı - 30 yaşlı C.Çələbiyevaya şəxsi münasibətlər zəminində kəsici alətlə xəsarətlər yetirib.
Hadisəni törətməkdə şübhəli bilinən S.Hasanov polis əməkdaşları tərəfindən saxlanılıb.