AZ

Şəkil çəkirdim, amma o gün tarix çəkildi Zəfərimizin 5 ili

ain.az, Dogru.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Ordumuz Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq işğal altındakı torpaqlarımızı azad etmək üçün qəhrəmanlıqla döyüşə atıldı.

Bu 44 gün ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Suqovuşan və yüzlərlə kənd, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi düşməndən təmizləndi.

Və nəhayət – 8 noyabr 2020-ci il.

O gün Qarabağın tacı Şuşa azad edildi!

Bu əməliyyat dünya hərb tarixinə yazılacaq qədər möhtəşəm idi və müharibənin taleyini dəyişdi.

Həmin günlərdə mən – İlqam Cəbiyev, artıq 8 ildir foto-müxbir kimi fəaliyyət göstərirdim.

Amma bu dəfə təkcə şəkil çəkmək deyildi məsələ – informasiya savaşında da haqqı qorumaq lazım idi.

Düşmən saxta xəbərlər yayırdı. Mən susa bilmədim. Çünki həyatım boyu doğru olmağa, doğruluğu deməyə öyrəşmişəm.

Elə bu səbəbdən də Doğru.az MMC və Doğru TV MMC yarandı. Mənim üçün bu, sadəcə media qurumu deyil, həqiqətin səsi idi. Müharibənin ilk günlərindən etibarən Doğru.az vasitəsilə döyüşlərin gedişatını, əsgərlərimizin rəşadətini, xalqımızın birliyini paylaşırdıq.

Bu gün artıq o qələbədən 5 il keçir.

Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 8 noyabr Zəfər Günü kimi əbədiləşdirildi.

Elə həmin günlərdə verilən digər sərəncamla Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradıldı ki, gələcək nəsillər bu qüruru yaşatsınlar.

Bu 5 il ərzində biz bir daha anladıq:

Azərbaycan xalqının gücü birliyində, inamında və doğruluğunda gizlidir.

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin!

Qoy bu Zəfər hər zaman bizə doğruluğun, sədaqətin və mübarizliyin simvolu olsun.

İlqam CƏBİYEV

Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatının üzvü

Doğru.az və Doğru TV MMC-nin rəhbəri.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
dogru.az

2Mənbələr