GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
ABŞ rəsmiləri İranın İsrailin Meksikadakı səfiri Eynat Kranz Nagerə qarşı sui-qəsd planının qarşısının alındığını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Fox News”a adı açıqlanmayan ABŞ rəsmisi məlumat verib.
Qeyd olunub ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ötən ilin sonlarından etibarən İsrail diplomatı hədəfə alan əməliyyat hazırlayıb.
“Sui-qəsdin qarşısı alınıb və hazırda heç bir təhlükə yoxdur”, – ABŞ rəsmisi bildirib.
O, həmçinin vurğulayıb ki, bu hadisə İranın son illərdə diplomatlara, jurnalistlərə və digər beynəlxalq rəsmilərə qarşı həyata keçirməyə çalışdığı əməliyyatların bir hissəsidir.
Tahir Turan
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.