AZ

Türkiyədə mərc oyunları ilə bağlı “Eyüpspor" prezidenti Murat Özkaya saxlanılıb

İstanbul Baş Prokurorluğu mərc iddiaları ilə bağlı apardığı istintaq işlərini davam etdirir. Baş Prokurorluq daha 21 şübhəli barəsində həbs qərarı çıxarıb. 17 hakimlə yanaşı, "Eyüpspor"un prezidenti Murat Özkaya və "Kasımpaşa" idman klubu dərnəyinin keçmiş rəhbəri Faruk Saraç da saxlanılanlar arasındadır.

News365.az “NTV"yə istinadən xəbər verir ki, idman hüquqşünası Emin Özyurt bundan sonra prosesin necə irəliləyəcəyini açıqlayıb.

“TFF prezidenti Hacıosmanoğlunun başlatdığı proses əvvəlcə yalnız hakimlərin mərc oynaması ilə bağlı idi. Lakin saxlanılanlarla birlikdə məsələ artıq oyun nəticəsinə təsir etmə və danışılmış oyunlar istiqamətinə yönəlib. Bu, ciddi cinayətdir. 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə və 21 günədək inzibati cərimə ilə nəticələnə bilər. Baş prokurorluq artıq bunu mərc araşdırmasından çıxarıb və danışılmış oyunlara yönəldib, yəni işin hüquqi bazasını bu istiqamətdə irəlilədib. Əgər Super Liqa üzərinə kölgə düşərsə və klub prezidentləri danışılmış oyunlar səbəbilə saxlanılarsa, bu, çox daha böyük bir yanğının baş verdiyini göstərər”.

Mütəxəssis Super Liqada oyunların təxirə salınıb-salınmayacağı barədə bunları söyləyib:

“TFF və Baş Prokurorluğun bu prosesi sonadək davam etdirəcəyinə ümid edirəm. "Oyunları idarə edəcək hakim qaldımı?" sualı necə ortaya çıxdısa, yaxın günlərdə futbolçularla bağlı proses başladıldıqda və futbolçular saxlanıldıqda "meydana çıxacaq oyunçu qalacaqmı?" sualı da ağıllara gələcək. Hazırda oyunların keçirilməsinə təsir edəcək bir vəziyyət yoxdur”.

Seçilən
2
2
news365.az

3Mənbələr