Almaniyalı mütəxəssis Yürgen Kloppun karyerasını “Lids Yunayted”də davam etdirə biləcəyi iddia olunur.
Fanat.Az xəbər verir ki, Premyer Liqada qalmaq üçün mübarizə aparan “Lids”in rəhbərliyi, komandaya təcrübəli və azarkeşləri həyəcanlandıracaq baş məşqçi gətirmək niyyətindədir.
İngiltərə mətbuatının məlumatına görə, Kloppun adı klubun potensial hədəfləri siyahısına daxil edilib. “Liverpul”dan ayrılandan sonra komanda çalışdırmayan alman mütəxəssisin futbol həsrətinin yenidən baş qaldırdığı və İngiltərəyə qayıtmaq ideyasına isti yanaşdığı deyilir.
Klubun idarəçiləri isə ona uzunmüddətli layihə və geniş səlahiyyətlər təklif etməyə hazırdırlar.
Klopp “Liverpul”la 2019-cu ildə Çempionlar Liqasının, 2020-də isə Premyer Liqanın qalibi olub.
Kamil Xudiyev