Newscenter.az saytından alınan məlumata görə, ain.az bildirir.
Rusiya ilə Ermənistan arasında dəmir yolu əlaqəsi AİB bazarlarının imkanlarını artıracaq.Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib. O, Rusiya ilə Ermənistan Azərbaycan və Gürcüstan ərazisi vasitəsilə birbaşa dəmir yolu əlaqəsinin açılması ilə bağlı sualı şərh edərkən verib.Overçuk qeyd edib ki, yeni marşrut Rusiyanın Cənubi Qafqaz ölkələri ilə nəqliyyat əlaqələrini gücləndirəcək, Ermənistan bazarlarının Avrasiya İqtisadi Birliyinin (AİB) digər üzv dövlətlərindən mallar üçün imkanlarını artıracaq və həmçinin Birlik bazarlarının erməni istehsalçıları üçün yaxınlığını artıracaq.“Ermənistan Respublikası müstəqillik qazandıqdan bəri ilk dəfə olaraq ölkələrimiz arasında birbaşa dəmir yolu əlaqəsi qurulur. Bu hadisə Cənubi Qafqazda sülhün bərqərar olmasına real, maddi töhfə, regional sabitlik və regiondakı bütün ölkələrin iqtisadi inkişafı üçün gördüyümüz işlərin sübutudur”, - deyə Overçuk bildirib. Anar Əliyev
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.