AZ

“Yamal növbəti 20 ilin ən yaxşı futbolçusu ola bilər”

Məşhur futbol agenti Jorje Mendeş “Barselona”nın gənc ulduzu Lamin Yamal haqqında danışıb.

90deqiqe.Az “derbyderbyderby.it”ə istinadən xəbər verir ki, portuqaliyalı agentin fikrincə, Yamalın potensialı çox böyükdür və o, gələcəkdə Lionel Messinin səviyyəsinə yüksələ bilər.

“Yamalın inkişafı hələ davam edir. Əgər bu templə böyüməyə davam etsə, o, növbəti 20 ilin ən yaxşı futbolçusu ola bilər. ‘Barselona’ isə bu inkişaf üçün dünyanın ən doğru yeridir”

Xatırladaq ki, Lamin Yamal “Barselona”nın əsas heyətində 2023-cü ilin yazında debüt edib və hazırda Avropanın ən perspektivli futbolçularından biri sayılır.

Seçilən
52
90deqiqe.az

1Mənbələr