AZ

Aygün Kazımova Faiq Ağayevi niyə bloka atıb? VİDEO

Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.

Xalq artisti Faiq Ağayev Xalq artisti Aygün Kazımova ilə bağlı maraqlı açıqlama verib.Bizim.Media xəbər verir ki, bu barədə o, “Xəzər axşamı” verilişində danışıb.Ağayev deyib ki, bir müddət öncə Kazımova onu bloka atıb: “Aygünlə 38 ildir dostuq, silahdaşıq. Bir dəfə şıltaqlıq edib, məni bloklayıbmış, mənim də xəbərim yox idi.Biz də Gəncədə konsertdəydik, otaqlarımızın eyvanları üzbəüz idi. Gördüm ki, şirin-şirin məni çağırır, dedim, nə olub? Axı məni bloka atmısan. Dedi ki, “kim? Mən? Yox, gir bax”. Sonradan məni çatdı ki, Aygün bilib ki, qarşılaşacağıq, danışmazdan əvvəl blokdan çıxarıb. Aygünə böyük salamlar, onu çox sevirəm”.

Sara, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
1
bizim.media

2Mənbələr