AZ

Lando Norris Braziliya Qran-Prisində sprint sessiyasının qalibi olub

“Maklaren” komandasının pilotu Lando Norris Braziliya Qran-Prisində keçirilən sprint–mərhələnin qalibi olub.

90deqiqe.Az xəbər verir ki, britaniyalı pilot 1:09.243 saniyəlik nəticə ilə birinci yeri tutub. “Mersedes” sürücüsü Andrea Kimi Antonelli cəmi 0.097 saniyə geridə qalaraq ikinci olub. İlk üçlüyü isə Norrisin komanda yoldaşı Oskar Piastri tamamlayıb.

Dördqat və hazırkı dünya çempionu, “Red Bull” sürücüsü Maks Ferstappen sessiyanı yalnız altıncı yerdə başa vurub. Yeddiqat dünya çempionu Lüis Hemilton (“Ferrari”) isə 11-ci olub.

Formula 1 – Braziliya Qran-Prisi. Sprint–seansın nəticələri:

Lando Norris (“Maklaren”) — 1:09.243

Andrea Kimi Antonelli (“Mersedes”) +0.097

Oskar Piastri (“Maklaren”) +0.185

Corc Rassell (“Mersedes”) +0.252

Fernando Alonso (“Aston Martin”) +0.253

Maks Ferstappen (“Red Bull”) +0.337

Lens Stroll (“Aston Martin”) +0.428

Şarl Lekler (“Ferrari”) +0.482

İsak Hacar (“Racing Bulls”) +0.532

Niko Hyulkenberq (“Kick-Sauber”) +0.935

İkinci seqmentdən sonra mübarizəni dayandıranlar:

11. Lüis Hemilton (“Ferrari”) — 1:09.811

12. Aleks Albon (“Williams”) — 1:09.813

13. Pyer Qasli (“Alpin”) — 1:09.852

14. Oliver Berman (“Haas”) — 1:09.923

15. Gabriel Bortoleto (“Kick-Sauber”) — 1:09.946

Birinci seqmentdən sonra mübarizəni tərk edənlər:

16. Franko Kolapinto (“Alpin”) — 1:10.411

17. Liam Lawson (“Racing Bulls”) — 1:10.666

18. Yuki Tsunoda (“Red Bull”) — 1:10.692

19. Esteban Okon (“Haas”) — 1:10.872

20. Karlos Sayns (“Uilliams”) — 1:11.120

Seçilən
81
90deqiqe.az

1Mənbələr