AZ

Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq istiqamətində əhəmiyyətli irəliləyişlər olduğunu deyib

ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq istiqamətində əhəmiyyətli irəliləyişlər olduğunu açıqlayıb.

O, bu açıqlamanı 6 noyabrda jurnalistlərlə keçirdiyi mətbuat konfransında verib.
Ağ Ev rəhbəri üç ay əvvəl administrasiyasının Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi bağladığını xatırlatıb. O, bunun ABŞ-ın səkkiz ay ərzində başa vurduğu səkkiz müharibədən biri olduğunu qeyd edib. Trampın sözlərinə görə, ABŞ hazırda Ukraynadakı müharibəyə son qoymağa çalışır və bu məsələdə irəliləyiş əldə edilib: “Biz Rusiya və Ukrayna arasında, mümkünsə başqa bir müharibəyə son qoymağa çalışırıq. Hələ ki, lazım olan yerdə deyilik, amma düşünürəm ki, əhəmiyyətli irəliləyiş əldə etmişik”, – deyə ABŞ Prezidenti bildirib. O, həmçinin əlavə edib ki, Rusiyadan ixracat əhəmiyyətli dərəcədə azalıb: “Rusiya əhəmiyyətli dərəcədə zəifləyib.

Biz sadəcə bu müharibənin bitməsini istəyirik. Biz həqiqətən də onun bitməsini istəyirik. Bu qədər insan ölür. Bu qədər rus əsgəri ölür. Ona görə də düşünürük ki, gec-tez onlar sağlam düşüncə nümayiş etdirəcəklər və bunu edəcəklər”, – deyə Tramp vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
105
editor.az

1Mənbələr