Azərbaycanın ən stajlı məmurlarından biri də xarici işlər nazirinin müavini Araz Əzimovdur. O, 36 ildir xarici siyasət idarəsində çalışır.
News365.az xəbər verir ki, Araz Əzimov 1962-ci ildə Bakı şəhərində anadan olub. Onun Xarici İşlər Nazirliyində işə başlaması 1989-cu ilə təsadüf edir.
Beş il XİN-də müxtəlif vəzifələrdə işləyən 63 yaşlı diplomat 1994-cü ildən xarici işlər nazirinin müavini postunu tutur.