Monteneqronun Budva şəhərində 29 oktyabr tarixində start götürən və 90 şahmatçının iştirak etdiyi 10 yaşlı qızlar arasında Avropa çempionatı başa çatıb.
"Unikal"ın məlumatına görə, Yarışda Azərbaycanı təmsil edən Mingəçevirli şahmatçı Mehriban Əhmədli möhtəşəm nəticə əldə edərək gümüş medala layiq görülüb.
Mehriban 9 tur ərzində 6 qələbə qazanıb, 3 görüşü isə heç-heçə ilə başa vurub. Yüksək göstəricilərinə baxmayaraq, o, cüzi xal fərqi ilə Avropa birinciliyini ikinci pillədə tamamlayıb.
Qeyd edək ki, Mehriban Əhmədli həmyaşıdları arasında dünyanın ən güclü şahmatçılarından biri hesab olunur. O, indiyədək iki dəfə dünya ikincisi, bir dəfə isə Avropa çempionu adını qazanıb.
Ehtiram Muradov