AZ

Sergey Lavrov niyə görünmür?

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin xarici işlər naziri Sergey Lavrova münasibətini dəyişdiyinə dair mediada yayılan məlumatlar həqiqətə uyğun deyil: “Əlbəttə ki, Lavrov xarici işlər naziri vəzifəsini icra edir”, – deyə Peskov brifinqdə təsdiqləyib. Prezidentin sözçüsü əlavə məlumat verməyib.

Lakin “Kommersant”ın mənbələrinə görə, Sergey Lavrov Təhlükəsizlik Şurasının daimi üzvü olmasına baxmayaraq, 5 noyabrda Rusiya Təhlükəsizlik Şurasının iclasında “koordinasiyalı şəkildə” iştirak etməyib.

İclasda Rusiyanın nüvə sınaqlarını bərpa etməsi ehtimalı müzakirə olunub.

//Samir Qurbanov, Editor.az

Seçilən
55
6
editor.az

8Mənbələr