“Barselona”nın prezidenti Joan Laporta təmir olunmuş “Kamp Nou”da “blauqrana”nın keçmiş hücumçusu Lionel Messinin şərəfinə oyun keçirməyə hazır olduğunu bildirib.
İdman.Biz xəbər verir ki, noyabrın 7-də “blauqrana” oyunçuları təmir olunmuş arenada açıq məşq keçiriblər.
“Messini alqışlamaq “Kamp Nou”nu açmağın gözəl yolu olardı. Tribunalar dolu olardı. Leonun şərəfinə oyun təşkil etməkdən məmnun olardım”, - Laporta deyib.
Lionel Messi 2003-2021-ci illərdə “Barselona”nın şərəfini qoruyub.
“Barselona”nın ev stadionu 2023-cü ildən bəri təmir olunur. “Marca” qəzeti "Blaugrana"nın açıq məşqində 21.795 azarkeşin iştirak etdiyini bildirib.