AZ

Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən 339 min manatlıq satınalma

Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi ərazidə çalışan texniki heyətin təminatı məqsədilə müxtəlif təyinatlı malların alınması ilə bağlı tender elan edib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın ümumi ehtimal olunan məbləği 339.660,05 manat təşkil edir.

Satınalma çərçivəsində işçilər üçün XB materialından hazırlanan pencək və şalvarlı fəhlə geyimləri, içi sintifon sırıqlı, arxası yazılı və diz hissəsi fosforlu olan qış kombinezonları, qalın polietilen parçadan su keçirməyən və fosforlu yazılı işarə jiletləri, papaqlı və zəncirbəndlə bağlanan suya davamlı yağmurluqlar, rezin altlıqlı, sürüşməyə qarşı botinkalar, eləcə də uzunboğaz rezin çəkmələrin alınması nəzərdə tutulur.

Seçilən
19
1
nocomment.az

2Mənbələr