La Liqanın prezidenti Xavyer Tebas “Real”la “Barselona” arasında baş verən insident barədə fikirlərini bölüşüb.
Oktyabrın 26-da keçirilən oyunda “Real” “Barselona” üzərində 2:1 hesablı qələbə qazanmışdı.
Qarşılaşmanın son dəqiqələrində ehtiyat skamyaları yaxınlığında futbolçular arasında gərginlik və qarşıdurma yaşanmışdı.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisəni şərh edən Tebas “el klasiko”da baş verənlərin yaxşı hal olmadığını bildirib:
“El klasiko”da baş verənlər yaxşı hal deyil. Bu, nümunəvi davranış sayıla bilməz.
Futbolçular bəzən impulsiv davranır, biz isə bu hissləri tam anlaya bilmirik. Ümid edirəm ki, bu cür hallar təkrar yaşanmaz”.