AZ

İcazəsiz toya gedən arvadını döyən şəxsə cəza verilib

BAKI, 7 noyabr. TELEQRAF

İcazəsiz toya gedən arvadını döyən şəxs hakim qarşısına çıxarılıb. 42 yaşlı kişi əməlindən peşman olduğunu bildirib.

Teleqraf xəbər verir ki, hadisə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, yeni yaşayış massivində yerləşən fərdi yaşayış evində baş verib.

1983-cü il təvəllüdlü Arif Qafarov (ad və soyad şərtidir) bu ilin sentyabr ayında ondan xəbərsiz qohum toyuna gedən həyat yoldaşını döyüb. Qafarov əl, yumruq və təpik zərbələri ilə həyat yoldaşının sifətinə, baş, bel və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib.

Zərərçəkmiş İntizar Qafarova (ad və soyad şərtidir) ifadəsində bildirib ki, onlar arasında mütəmadi olaraq mübahisələr yaşanıb. Onun sözlərinə görə, buna səbəb Arif Qafarovun spirtli içki aludəçisi olması olub. Məhkəmədə tərəflər barışıb və qadın ərindən şikayətçi olmadığını deyib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə Arif Qafarovun barəsində 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Seçilən
47
teleqraf.com

1Mənbələr