AZ

İstanbul Prokurorluğu Netanyahunun həbsinə order verib

İstanbul Prokurorluğu, Qəzzada mülki əhaliyə qarşı hücumlar və Qlobal Sumud Donanmasına edilən müdaxilə ilə bağlı, İsrailin Baş naziri Benyamin Netanyahunun da aralarında olduğu 37 yüksək vəzifəli İsrail rəsmisinin soyqırım və bəşəriyyətə qarşı cinayətlər ittihamı ilə həbsinə order verib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, həbs qərarı verilənlər arasında Müdafiə naziri İsrael Katz, Sərhəd Təhlükəsizliyi naziri İtamar Ben Gvir, ordunun Baş Qərargah rəisi Eyal Zamir və Dəniz Donanmasının komandanı David Saar Salama da yer alır.

Prokurorluğun məlumatında bildirilir ki, İsrail Qəzzada sistematik şəkildə mülki insanlara qarşı hücumlar həyata keçirib, xəstəxanalar və yaşayış məntəqələri bombalanıb, humanitar yardımların qarşısı alınıb.

Toplanmış sübutlara əsasən, adı çəkilən rəsmilərin soyqırım və bəşəriyyətə qarşı cinayətlər törətdikləri müəyyən edilərək, beynəlxalq axtarış və həbsləri ilə bağlı qərar qəbul olunub.

Seçilən
50
2
apa.az

3Mənbələr