AZ

Çin raket istehsalının sürətinə görə dünyanı qabaqlayır

Musavat.com xəbər verir ki, CNN-in dərc etdiyi peyk görüntüləri Çində raket sənayesində genişmiqyaslı tikinti və istehsal artımını göstərir.

Məlumata görə, 2020–2025-ci illər arasında Çin Xalq Respublikasının raket qüvvələrinə bağlı müəssisələrin ümumi sahəsi 2 milyon kvadratmetrdən çox genişlənib. Hazırda 136 raket obyektinin 60%-dən çoxunda yeni tikinti və modernizasiya işləri aparılır. Onların arasında orta və qitələrarası məsafəli DF-26 ballistik raketlərini istehsal edən zavodun genişləndirilməsi də var.

Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIPRI) məlumatına görə, Çin nüvə arsenalını dünyanın digər ölkələrindən daha sürətlə artırır – 2023-cü ildən bəri hər il təxminən 100 yeni nüvə başlığı əlavə olunur.

Bu proses Rusiya-Ukrayna müharibəsindən sonra daha da sürətlənib və məqsəd Vaşinqtonu Tayvana dəstəkdən çəkindirmək ola bilər.

NATO-nun silahlara nəzarət üzrə sabiq direktoru Uilyam Alberke isə bu vəziyyəti “yeni silahlanma yarışının başlanğıcı” adlandırıb. 

 

Musavat.com

Seçilən
31
musavat.com

1Mənbələr