AZ

Ər Riyadda Dünya Turizm Təşkilatının 26 cı Baş Assambleyası işinə başlayıb

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Qahirə, 8 noyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyada Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatının (UNWTO) 26-cı Baş Assambleyası keçirilir.

AZƏRTAC xəbər verir ki, “Süni intellektlə dəstəklənən turizm: gələcəyin yenidən tərifi” mövzusu altında keçirilən bu tədbir BMT-nin Dünya Turizm Təşkilatının 50 illik yubileyinə təsadüf edir.

Noyabrın 11-dək davam edəcək tədbirdə təşkilata üzv olan 160-dan çox ölkənin nümayəndə heyətləri, həmçinin beynəlxalq turizm sektorunun təmsilçiləri iştirak edir.

Səudiyyə Ərəbistanının turizm naziri Əhməd əl-Xətib qeyd edib ki, Səudiyyə Ərəbistanı BMT-yə bağlı bir təşkilatın Baş Assambleyasına ev sahibliyi edən ilk Körfəz ölkəsidir.

Builki sessiyanın proqramına Baş Assambleyanın 4 əsas iclası daxildir. Burada BMT-nin Turizm Təşkilatının yeni baş katibi seçiləcək, ixtisaslaşdırılmış komitələrin görüşləri keçiriləcək və süni intellekt texnologiyalarının inkişafı fonunda turizmin gələcəyi ilə bağlı tematik sessiya təşkil olunacaq. Sessiya çərçivəsində təşkilatın 124-cü və 125-ci İcraçı Şuranın iclasları da baş tutacaq.

Səudiyyə Ərəbistanı Xəbər Agentliyi (SPA) tərəfindən yayılan bəyanata görə, cari noyabr ayı qlobal turizmin növbəti 50 ilinin istiqamətlərini müəyyən edəcək. Ər-Riyadda Baş Assambleyanın bağlanışından sonra noyabrın 11-dən 13-dək ilk “Tourize Forum” keçiriləcək. Bu forum turizm, texnologiya, investisiya və mədəniyyət sektorlarını birləşdirən ilk beynəlxalq platforma olacaq. Məqsəd qlobal çağırışlara cavab vermək, yeni imkanlar açmaq və daha dayanıqlı və inklüziv turizm gələcəyi üçün fəaliyyət planı hazırlamaqdır.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
82
1
azertag.az

2Mənbələr