AZ

Trampla Ronaldonun birgə müsahibəsi: Morqan anons etdi

Britaniyalı jurnalist Pirs Morqan sosial media şərhçisinin ABŞ prezidenti Donald Tramp və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldodan birgə müsahibə götürmək ideyasına cavab verib.

Publika.az xəbər verir ki, şərhçi “Kristiano Ronaldo və Donald Tramp Dünya Kuboku ilə bağlı eyni podkastda? Dünyanın ən məşhur iki adamı? Bu dəlilikdir… Pirs Morqan, lütfən, söz verdiyiniz şeyi edin…” yazıb.

“Mən bunun üzərində işləyirəm”, – Morqan cavab verib.

Seçilən
84
publika.az

1Mənbələr