AZ

Azərbaycan və Ermənistan liderlərinin ilk görüşündə İlham Əliyevin tələbi bu olub

BAKI, 8 noyabr. TELEQRAF

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla ilk görüşü barədə danışıb.

Teleqraf xəbər verir ki, Ceyhun Bayramov İTV-yə müsahibəsində bildirib ki, həmin görüş Paşinyanın hakimiyyətə gəlməsindən sonra, 2018-ci ildə Düşənbədə baş tutub.

Nazir qeyd edib ki, dövlət başçısı Paşinyana məsələni həll etməli olduqlarını söyləyib.

“Nikol Paşinyanın mövqeyi kifayət qədər konstruktiv idi. O, hakimiyyətə yeni gəldiyini və münaqişənin həlli üçün lazımi addımları atacağını bildirmişdi. Cənab Prezident Düşənbədə olarkən Müdafiə Nazirliyinə bütün istiqamətlərdə tam sakitlik və sabitliyin təmin edilməsi barədə tapşırıq vermişdi.

İlk görüşdən təxminən altı ay sonra Nikol Paşinyan mövqeyini tamamilə dəyişdi. Açıq şəkildə qeyd etdi ki, “mən bu məsələni həll edə bilmirəm, həll etməyəcəyəm”. Hətta maraqlı bir arqument də gətirir: “Bunu etsəm, məni öldürərlər”. O, Prezidentə belə bir ritorik sual da verir: “Siz istəyirsiniz ki, məni öldürsünlər?” Prezidentin cavabı belə olur: “Mən ümumiyyətlə heç kimin öldürülməsini istəmirəm, ancaq bu heç bir mənada Azərbaycan torpaqlarının işğal altında qalması anlamına gələ bilməz.””

Seçilən
52
teleqraf.com

1Mənbələr