BAKI, 8 noyabr. TELEQRAF
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, hökumət nümayəndələri bu il Cənubi Afrikada keçiriləcək “Böyük iyirmilik” (G20) sammitində iştirak etməyəcəklər.
Teleqraf xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
“Heç bir ABŞ hökumət rəsmisi sammitə qatılmayacaq, insan haqları pozuntuları davam etdiyi müddətdə biz iştirak etməyəcəyik”, – deyə prezident bildirib.
O, bu qərarı ölkədə “ağ əhaliyə qarşı insan haqlarının pozulması” ilə əsaslandırıb.
Tramp Cənubi Afrikada keçiriləcək sammiti “tam biabırçılıq” adlandırıb və qeyd edib ki, 2026-cı ildə Mayamidə baş tutacaq növbəti G20 sammitini səbirsizliklə gözləyir.