AZ

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Qəzza zolağında yerləşən İsrail ordusuna aid qüvvələr girov götürülmüş şəxsin qalıqlarının olduğu daha bir tabutu təhvil alıb.

APA xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi məlumat verib.

Təhvil vermə Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Ofis qeyd edib ki, hərbçilər tezliklə tabutu İsrail ərazisinə aparacaqlar və orada qalıqların kimliyi müəyyən ediləcək.

Seçilən
88
1
apa.az

2Mənbələr