AZ

Yaponiya baş naziri xarici işçilər üçün kvotaları artırmağı planlayır

BAKI, 8 noyabr. TELEQRAF

Yaponiya baş naziri Sanae Takaiti bildirib ki, hökumət xarici işçilərin cəlb edilməsi proqramlarını tənzimləyəcək və maksimum kvotalar müəyyən edəcək.

Teleqraf xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Takaiti parlamentdə çıxışı zamanı vurğulayıb ki, hökumət vizaların müddətini pozan şəxslərə qarşı ciddi tədbirlər görəcək və spekulyativ xarici investisiyalara məhdudiyyət qoyacaq. Bu istiqamətdə yeni nazirlik vəzifəsi yaradılıb.

Baş nazir qeyd edib ki, 2027-ci ildə qüvvəyə minəcək yeni peşəkar təlim sistemi də xarici işçilərin ölkədə səmərəli fəaliyyət göstərməsinə xidmət edəcək. Hökumət həmçinin əhalinin azalması və aşağı doğum səviyyəsi fonunda xarici işçilərin qəbuluna dair gələcək yanaşmaları öyrənmək üçün fundamental tədqiqat aparacaq.

Son illərdə Yaponiya xarici işçilərin sayını artırsa da, vizaların müddətinin pozulması və dövlət xidmətlərindən sui-istifadə hallarının artması ilə bağlı şikayətlər də çoxalıb.

Seçilən
68
teleqraf.com

1Mənbələr