AZ

Qəzzada atəşkəsə nəzarət ABŞ ın yaratdığı koordinasiya mərkəzinə təhvil verilib

Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qəzza Zolağında atəşkəsə nəzarət İsrail rəhbərliyindən alınaraq ABŞ-ın yaratdığı koordinasiya mərkəzinə təhvil verilib.

APA xəbər verir ki, bu barədə “The Washington Post” mənbələrə istinadən məlumat verib.

Qəzet ABŞ-ın bağlanan atəşkəsi qorumaq üçün Qəzzada mövcudluğunu gücləndirdiyini və bununla da İsraili Qəzzaya humanitar yardımın necə və hansı şəkildə çatdırılacağını müəyyən etməkdə ikinci dərəcəli rola endirdiyini vurğulayıb.

Adı çəkilməyən ABŞ administrasiyası rəsmisi qeyd edib ki, cümə günü başa çatan keçid dövründən sonra israillilər müzakirələrdə iştirak edəcəklər. Lakin qərarlar daha geniş bir qurum tərəfindən veriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
55
2
apa.az

3Mənbələr