AZ

“Lukoyl”un səhmləri ucuzlaşıb

Bakı. Trend:

“Gunvor” neft treyderi ABŞ Maliyyə Nazirliyinin döyüşlər başaçatana qədər şirkətə lisenziya verməyəcəyini açıqlamasından sonra“Lukoyl”un beynəlxalq aktivlərini almaq təklifini geri götürməkqərarına gəlib.

Trend “RBK”yaistinadla xəbər verir ki, səhər ticarət sessiyasının əvvəlində“Lukoyl” səhmləri 4,23 faiz azalıb. Qiymət enişi “Gunvor”un“Lukoyl”un beynəlxalq aktivlərini almaq təklifindən imtina etdiyinielan etməsindən sonra qeydə alınıb.

Şirkət bu məlumatı ABŞ Maliyyə Nazirliyinin açıqlamasından qısamüddət sonra X sosial media platformasında yayıb. Nazirliyinaçıqlamasında bildirilirdi ki, “Gunvor”un Rusiya ilə əlaqələrisəbəbindən Ukraynada döyüşlər davam etdiyi müddətdə şirkətə bizneslisenziyası verilməyəcək.

Öz növbəsində, neft treyderi ABŞ Maliyyə Nazirliyinin bəyanatınıtəkzib edərək, sahibləri və fəaliyyəti barədə açıq və şəffafşəkildə məlumat verdiyini, “on ildən artıq müddətdə Rusiyadan fəalşəkildə uzaqlaşdığını” və hərbi əməliyyatları açıq şəkildəpislədiyini bildirib. Bununla belə, şirkət “Lukoyl”un xariciaktivlərini almaq təklifini geri götürmək qərarını qüvvədəsaxlayıb.

“Tsifra Broker” şirkətinin əvvəlki açıqlamasında qeyd olunub ki,“Lukoyl”un bütün xarici aktivlərinin ədalətli dəyəri 11,3–12milyard ABŞ dolları diapazonunda qiymətləndirilir. Lakinsanksiyalar səbəbindən faktiki sövdələşmə qiymətinin daha aşağı olabiləcəyi ehtimal edilir. Brokerin hesablamalarına görə, buaktivlərin uğurlu satışı “Lukoyl” üçün beynəlxalq sanksiyalarlaəlaqəli riskləri azalda, korporativ strukturu sadələşdirə vəşirkətin daxili əməliyyatlara diqqətini artıraraq dividendperspektivlərinə müsbət təsir göstərə bilərdi.

“KIT Finance Broker”in ekspertləri bildiriblər ki, “Gunvor” iləsövdələşmə “Lukoyl” üçün həm likvidlik mənbəyi, həm də riskləriminimuma endirməyin bir vasitəsi idi. Lakin sövdələşmənin pozulmasışirkəti daha böyük geosiyasi təzyiq altında yeni alıcılar axtarmağaməcbur edəcək. Ekspertlərin fikrincə, bu vəziyyət “Lukoyl”un xariciaktivlərinin satışına və dividendlərin ödənilməsi planlarına dairqeyri-müəyyənliyi daha da gücləndirir.

Seçilən
54
4
az.trend.az

5Mənbələr