AZ

Ukrayna ABŞ silah proqramı üzrə 3 milyard dollar az maliyyə alıb

BAKI, 8 noyabr. TELEQRAF

Ukrayna son dörd ayda ABŞ-dən silah alınmasına yönəlmiş PURL proqramı çərçivəsində nəzərdə tutulan maliyyənin yarısına yaxınını əldə edə bilməyib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi məlumat yayıb.

Bildirilir ki, Kiyev iyulun 14-dən tətbiq edilən proqram çərçivəsində Avropa tərəfdaşlarından təxminən 3 milyard dollar az vəsait alıb.

Məlumata görə, Ukraynanın aylıq maliyyə tələbi 1-1,5 milyard dollar həcmində qiymətləndirilir, bu dörd ay üçün ümumilikdə 4-6 milyard dollar təşkil etməli idi. Lakin 6 noyabra olan məlumata görə, Ukrayna cəmi 2,82 milyard dollar alıb.

Həmçinin qeyd olunur ki, PURL proqramı üzrə maliyyələşmə tempi də azalmaqdadır. İlk iki milyard dollar avqustun əvvəlində ayrılmış, növbəti 422 milyon dollar isə oktyabrda köçürülmüşdü. Son üç həftə ərzində isə əlavə 398 milyon dollar vəsait daxil olub.

PURL mexanizmi ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Ryutte tərəfindən 14 iyulda təsis edilib. Proqram çərçivəsində Ukraynanın müttəfiqləri ABŞ silah anbarlarından avadanlıqları satın alaraq Kiyevə ötürürlər.

Seçilən
36
teleqraf.com

1Mənbələr