AZ

“WhatsApp“da çoxdan gözlənilən YENİLİK

ain.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"WhatsApp" messenceri abunəçiləri telefon nömrəsi əvəzinə istifadəçi adı ilə axtarmaq və zəng etmək üçün yeni funksiya təqdim edəcək.

Moderator.az xəbər verir ki, bu barədə "WABetaInfo" məlumat yayıb.

Yeni funksiya istifadəçilərə telefon nömrələrini açıqlamadan məxfiliyi artırmağa və messencerdə ünsiyyət qurmağa imkan verəcək.

Qeyd edək ki, oxşar funksiya artıq "Telegram"da mövcuddur.

Məlumata görə, yeniləmə 2026-cı ilə planlaşdırılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
2
moderator.az

3Mənbələr