AZ

Dua Lipa öz kosmetika məhsullarını təqdim etdi

Britaniyalı müğənni Dua Lipa özünün "Dua" adlı dəriyə qulluq kolleksiyasını təqdim edib.

 

Bu xəbəri "Hypebae" nəşri məlumat yayıb.

 

Sənətçi "Augustinus Bader Science" şirkəti ilə əməkdaşlıqda üz baxımı məhsulları hazırlayıb.

 

Kolleksiyaya balanslaşdırıcı krem, yeniləyici krem və çoxfunksiyalı superparıltı vasitəsi daxildir.

 

İstehsalçının sözlərinə görə, bütün məhsullar TFC5 texnologiyası ilə hazırlanır. Bu texnologiya dərinin təbii qoruyucu baryerini gücləndirir və uzunmüddətli elastikliyini təmin edir.

 

Dua Lipanın bu məhsullarının dəyəri 40 dollardan 80 dollara qədər dəyişir və brendin veb-saytından alına bilər.

 

Oxu.az

Tarix: 8 Noyabr 2025, 08:25   
Seçilən
63
pravda.az

1Mənbələr