AZ

Şahbaz Şərif Bakıdan paylaşım etdi

"Bu gün gözəl Bakı şəhərində əziz qardaşım, Prezident İlham Əliyevlə və marşal Səid Asim Munirlə görüşmək mənim üçün böyük xoşbəxtlik və şərəf oldu."

Bunu Pakistanın baş naziri Şahbaz Şərif öz "X" hesabında yazıb.

O, Azərbaycanın Zəfər Günü münasibətilə ölkə rəhbərliyini, xalqını və hökumətini səmimi qəlbdən təbrik etdiyini, sabahkı möhtəşəm paradı səbirsizliklə gözlədiyini bildirib.

"Görüş zamanı ölkələrimiz arasında dərin köklərə malik qardaşlıq münasibətlərini nəzərdən keçirdik və ticarət, enerji, nəqliyyat əlaqələri, həmçinin müdafiə sahələrində əməkdaşlığın daha da genişləndirilməsi barədə razılığa gəldik. Pakistan-Azərbaycan qardaşlığı yaşasın!", - baş nazir əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
25
8
olaylar.az

10Mənbələr