AZ

LDU-da “Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Lənkəran Dövlət Universitetində LDU) uşaq hüquqlarının qorunması ilə bağlı maarifləndirici tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, tədbir “Konstitusiya və Suverenlik İli” və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə oktyabrın 20- dən noyabrın 20-dək ölkə üzrə keçiriləcək “Uşaq Hüquqları Aylığı” çərçivəsində reallaşıb.

Tədbiri LDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsini icra edən dos. Ramiz Şəmmədov açaraq iştirakçıları mövzu ilə bağlı məlumatlandırıb. Bildirib ki, tədbirin məqsədi tələbələri uşaq hüquqlarının mahiyyəti ilə tanış etmək, bu istiqamətdə biliklərini artırmaq, uşaq hüquqlarının qorunmasının vacibliyini anlatmaq, təbliğinə yardımçı olmaqdır.

Tarix-coğrafiya və incəsənət fakültəsinin pedaqogika, psixologiya və incəsənət kafedrasının müəllimi Həbib Məmmədov çıxış edərək ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində görülən işlərdən, həmçinin ailə və dövlətin bu sahədə üzərinə düşən məsuliyyətdən söz açıb.

Sosial iş ixtisası üzrə təhsil alan tələbələr arasında “Uşağın müdafiəsi: dövlətin borcu, yoxsa ailənin məsuliyyəti?” mövzusunda debat təşkil olunub. İqtisadiyyat fakültəsinin Marketinq ixtisasının IV tədris ili tələbəsi Riyad Əhədzadənin “İnsan hüquqlarından uşaq hüquqlarına” mövzusundakı interaktiv təlim tələbələrlərin aktiv iştirakı ilə yaddaqalan olub.

Təlimdə iştirakçıları maraqlandıran məsələlər diskussiya şəraitində müzakirə edilib. Təbiyyat fakültəsinin Kimya və biologiya müəllimliyi ixtisasının V tədris ili tələbəsi Rəşid Əlizadənin uşaq hüquqları, bu hüquqların pozulma halları və belə vəziyyətlərlə qarşılaşıldıqda görülməsi vacib olan tədbirlər barədə məlumatı da maraqla dinlənilib.

Seçilən
44
azedu.az

1Mənbələr