AZ

ABŞ-də təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 14-ə çatıb

ABŞ-ın Kentukki ştatında yük təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 14-ə çatıb.Bu barədə Luisvill şəhərinin meri Kreyq Qrinberq öz “X” hesabında məlumat verib.

"Məlum qurbanların ümumi sayı 14-ə çatıb", - deyə o, yazıb.

UPS kargo şirkətinə məxsus yük təyyarəsi çərşənbə günü Luisvill hava limanından qalxdıqdan sonra qəzaya uğramışdı.

Seçilən
30
7
anews.az

10Mənbələr