AZ

Trampın xanımı Amerikada “İlin vətənpərvəri” seçildi

BAKI, 8 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp “Fox News” telekanalının “İlin vətənpərvəri” mükafatına layiq görülüb.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, prezidentin həyat yoldaşı mükafatı həm ABŞ-nin daxili, həm də xarici siyasətində fəal iştirakına görə ikinci dəfə Ağ Evə qayıtdıqdan sonra əldə edib. Melaniya Trampın səyləri nəticəsində federal büdcədən 25 milyon dollar məbləğində vəsait qəyyum ailələrdə böyümüş gənclər üçün mənzil təminatına ayrılıb.

Amerikanın birinci xanımı həmçinin “Take It Down Act” adlı saxta materialların dərcinə qadağa qoyan qanunun qəbulu və süni intellektin inkişafına yönəlmiş layihələrin yaradılmasına töhfə verib.

Xarici siyasət təşəbbüsləri arasında ABŞ-nin birinci xanımının ukraynalı və rusiyalı uşaqların ailələrinə yenidən qovuşmasına kömək göstərməsi “Fox News” telekanalı tərəfindən xüsusilə vurğulanıb.

Seçilən
30
teleqraf.com

1Mənbələr