AZ

Paşinyan 44 günlük müharibədən danışdı - Rusiya, Köçəryan, Petrosyan və Sərkisyana sərt mesajlar

BAKI, 8 noyabr. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan keçmiş prezidenti Serj Sərkisyanın bəyanatlarına cavab verib.

Teleqraf xəbər verir ki, o, bu barədə sosial mediada yazıb.

Ermənistan hökumətinin başçısı qeyd edib:

“Serj Sərkisyan deyir: anlamır, necə ola bilərdi ki, 44 günlük müharibənin ilk saatlarında hava hücumundan müdafiə (HHM)vasitələrinin yarısı itirilsin.

Bunda başa düşülməyəsi nə var? Sizin aldığınız HHM sistemi dəmir-dümür yığını idi, sözün əsl mənasında metal tullantısı. Müttəfiqlər də bu sistemləri yeniləmək üçün etdiyimiz müraciətlərə cavab olaraq bizə “üç barmaq kombinasiyası” göstərirdilər (sizə də eyni şeyi göstərmişdilər, əks halda 2018-ci ilə qədər o metal tullantılarının yerində başqa nəsə olardı).

Bu “üç barmaq jesti” çox da gözə batmasın deyə, müttəfiqlər (Rusiyanı nəzərdə tutur – red.) simvolik olaraq bizə bir-iki nəsə verirdilər (lazım olanın 0,1 faizini) ki, sonra mövzu açılanda göstərə biləcəkləri bir şey olsun.

Müttəfiqlər bu hərəkətlərini iki səbəblə əsaslandırırdılar:

- Ermənistan KTMT-nin üzvüdür.

-Verilən vasitələr Ermənistanın suveren ərazisində deyil, başqa yerlərdə yerləşdirilə bilər.

Biz də nə əldə etmək mümkün idisə, onu etməyə çalışırdıq, modernləşdirməyə cəhd edirdik, özü də sizin təyin etdiyiniz yüksək rütbəli hərbçilərin məsləhətlərinə qulaq asaraq. İndi sən gəlib mənimlə mübahisə edirsən? Əgər doğrudan da nəsə demək istəyirsənsə, gəl, birbaşa efirdə debat edək”.

Paşinyan Sərkisyana məsləhət görüb ki, debata çıxmaq istəsə, keçmiş prezidentlər Levon Ter-Petrosyan və Robert Köçəryanı da özü ilə gətirsin.

“Narahat olma, danışıqlar tarixinin əsas sənədlərini (2019-cu ili də daxil olmaqla) sıralamışam. Hazırda onları skan edirik və ilin sonuna qədər dərc edəcəyəm, aralarına bəzi ictimai sənədləri də əlavə edəcəyəm. Həmçinin sənin yazdığın bir məktubu da əlavə edəcəyəm ki, düşünməyəsən ki, gizlədirəm. Oyananda Köçəryan və Petrosyana xəbər elə”, - o əlavə edib.

Seçilən
57
1
teleqraf.com

3Mənbələr