AZ

Kadinin zədəsiylə bağlı şok məqamlar üzə çıxdı! - indi yalnız dua etməlidi...

“Çelsi”nin şərəfini qoruyan Mark Kukurelya “Qarabağ”la oyunda Kadi Borgesə göz verdi, işıq vermədi.

Braziliyalı yarımmüdafiəçi artıq ilk yarının gedişində zədələnərək əvəzləndi. Ağdam klubu bu gün oyundan dərhal sonra futbolçunun müayinə olunduğunu, 8-10 həftə yaşıl meydandan kənarda qalacağını xəbər verib. Bu isə o deməkdi ki, 2025 Kadi üçün bitdi.

Misli premyer-liqasının oyunları öz yerində, burda Qurban Qurbanovun heyətlə bağlı rotasiyaya əl atmaq imkanı genişdi. İndi isə Çempionlar Liqasına boylanaq. Təbii ki, həm “Napoli” ilə səfər, həm də “Ayaks”la ev oyunu “Qarabağ” üçün çox önəmlidi. Bu oyunlarda qazanılması mümkün olan 4 xal ağdamlıları ilk 24 komanda arasına sala bilər. .

Deməli, Kadi indi yalnız dua etməlidi – həm özünün sağlamlığına daha tez qovuşması, həm də “Ayntraxt” və “Liverpul”la yanvardakı oyunlarda “Qarabağ”a kömək edə bilməsi üçün.

ORXAN

Seçilən
50
1
football-plus.az

2Mənbələr