AZ

Paşinyandan Zəfər Günündə təhrikedici PAYLAŞIM

Azərbaycanın Zəfər Gününü qeyd etdiyi bir vaxtda Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkədə diqqətçəkən paylaşım edib. 

Bakıvaxtı.az xəbər verir ki, o, "Instagram" hesabında Ermənistan ordusunun arsenalına daxil edilən yeni hərbi kəşfiyyat vasitəsini əks etdirən video yayımlayıb.

“Əsgərlərimizin yeni dostu”, – deyə Paşinyan paylaşımına bu sözlərlə şərh yazıb.

Paşinyanın bu addımı sosial mediada geniş müzakirələrə səbəb olub. 

Əli Hüseynov

 

Seçilən
39
1
bakivaxti.az

2Mənbələr