AZ

Cənubi Koreyada Zəfər Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Koreya Respublikasındakı səfirliyinintəşkilatçılığı ilə Seulda 8 Noyabr - Zəfər Gününə həsr olunmuştəntənəli tədbir keçirilib.

Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Səfir Ramin Həsənov 44 günlük Vətən müharibəsində qazandığımızşanlı Qələbənin Azərbaycana qarşı tarixi ədalətsizliyə son qoymaqlayanaşı, regionda sülhün əldə olunmasına yol açdığını bildirib. Qeydedib ki, dünya birliyinin 30 ildən çox göz yumduğu işğal vəcəzasızlıq mühiti, eləcə də beynəlxalq hüququn pozulması yalnızxalqımızın möhkəm iradəsi və fövqəladə qəhrəmanlığı ilə aradanqaldırılıb. Bu yolda minlərlə azərbaycanlının öz canını qurbanverdiyini vurğulayan səfir şəhidlərimizə rəhmət və qazilərimizəşəfa diləyib.

Diplomat 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlikİli” olaraq qeyd edildiyini vurğulayaraq, məhz Vətən müharibəsindəqazanılmış şanlı Qələbənin ölkəmizin ərazi bütövlüyünü təminetdiyini və suverenliyimizin bütün ölkə ərazisində bərpasına imkanyaratdığını diqqətə çatdırıb.

Prezident İlham Əliyevin BMT-nin Baş Assambleyasının son iclasızamanı səsləndirdiyi “Biz həm müharibəni udduq, həm də sülhüqazandıq” fikrini sitat gətirən səfir Ermənistan və Azərbaycanarasında münaqişənin başa çatmasından sonra ölkəmizin və bütövlükdəregionun yeni mərhələyə qədəm qoyduğunu qeyd edib. Sülhdanışıqlarının gedişatından bəhs edən diplomat bu xüsusdaAzərbaycan Prezidentinin tarixi Vaşinqton səfəri zamanı əldəedilmiş nəticələri vurğulayıb. Ramin Həsənov sülh gündəliyimizindigər məsələlərinə toxunub, torpaqlarımızın minalanması problemininağır fəsadları, itkin düşmüş soydaşlarımızın taleyinə aydınlıqgətirilməsi, Qərbi Azərbaycan İcmasının hüquqlarının bərpası kimiçağırış və çətinliklərdən bəhs edib.

Ermənistanın işğalı zamanı viran edilmiş ərazilərimizinbərpasından danışan diplomat bu istiqamətdə əldə olunmuş uğurlarıqeyd edib, “Böyük Qayıdış” proqramı çərçivəsində 50 mindən çoxkeçmiş məcburi köçkünün geri döndüyünü diqqətə çatdırıb.

Səfir, həmçinin ölkəmizdə böyük Azərbaycan bəstəkarı ÜzeyirHacıbəylinin anadan olmasının 140 illik yubileyinin qeyd edilməsinətoxunub. O, tədbirin həsr olunduğu Zəfər Gününün dahi musiqiçininVətəni, Azərbaycanın “musiqi paytaxtı” Şuşa şəhərinin işğaldan azadedilməsi ilə bağlı olduğunu diqqətə çatdırıb.

Sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.Tədbir koreyalı ifaçılardan ibarət musiqi qrupunun Azərbaycan vədünya musiqisinin nümunələrindən, o cümlədən Üzeyir Hacıbəylininməşhur əsərlərindən ibarət konsert proqramı ilə davam edib.Qonaqlara Azərbaycana dair çap materialları təqdim olunub.

Tədbirdə Koreyanın dövlət qurumlarının, siyasi, iqtisadi, elmi,mədəni dairələrinin nümayəndələri, jurnalistlər, Seuldakıdiplomatik korpusun təmsilçiləri, Azərbaycan diasporunun fəallarıvə bu ölkədə təhsil alan tələbələr iştirak ediblər.

Cənubi
Cənubi
Cənubi
Cənubi
Cənubi
Cənubi
Cənubi
Seçilən
60
3
az.trend.az

4Mənbələr