AZ

MPL: "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı, "Zirə" "Turan Tovuz"u qəbul edir

Misli Premyer Liqasında 11-ci turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün daha 2 matç baş tutacaq.

Öncə “Araz-Naxçıvan” Sumqayıtda “Karvan-Yevlax”la qarşılaşacaq. Oyunu Nicat İsmayıllı idarə edəcək.

Günün digər oyununda “Zirə” “Turan Tovuz”u qəbul edəcək. Oyunun baş hakimi FİFA referisi Əliyar Ağayev olacaq.

İlk oyun günündə “Şamaxı” “İmişli”yə (1:0) qalib gəlib, “Qəbələ” “Sumqayıt”a (0:2) uduzub. “Kəpəz” – “Sabah” və “Qarabağ” – “Neftçi” oyunları sabah keçiriləcək.

Misli Premyer Liqası
11-ci tur
8 noyabr

“Araz-Naxçıvan” “Karvan-Yevlax”
Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Kərim Zeynalov, Kamran Əliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:44.

“Zirə” “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: İnqilab Məmmədov.
Zirə İdman Kompleksinin stadionu, 18:44.

 

Seçilən
7
fanat.az

1Mənbələr