AZ

Zəfərdən sonra başlayan yeni dövr: Türk dünyası güc mərkəzinə çevrilir

"Azərbaycanın Qarabağda Qərbin dəstəklədiyi ermənilər üzərində qazandığı qələbə yalnız işğal olunmuş ərazilərin azad olunması anlamına gəlmir. Bu qələbə, eyni zamanda, Türk dünyasının inteqrasiyası baxımından da mühüm əhəmiyyət daşıyır".

Bunu Publika.az-a açıqlamasında Türk Dünyası Strateji Araşdırmalar Mərkəzinin (TARSAM) rəhbəri, tarixçi professor Naci Yengin deyib.

Onun sözlərinə görə, 2020-ci il Qarabağ qələbəsindən sonra Türk Dövlətləri Təşkilatının (TDT) və müşahidəçi ölkələrin fəaliyyətini daha qətiyyətli şəkildə davam etdirməsi qürurverici haldır:

"Bu gün Azərbaycan və Türk dünyası Qarabağ qələbəsinin 5-ci ildönümünü qeyd edir. Qarabağın azad edilməsi türk dövlətləri arasında etimadı və gələcəyə olan inamı daha da möhkəmləndirdi. Türk dövlətlərini bir təşkilat altında birləşməyə təşviq edən ən mühüm hadisə məhz bu qələbə oldu.

Qələbə türk dövlətlərinin mədəni, sosial, hərbi, ticarət və siyasi sahələr də daxil olmaqla bir çox istiqamətdə inteqrasiya əzmini gücləndirdi. Bu müsbət atmosfer, 7 oktyabr 2025-ci ildə Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Toplantısında qəbul edilən qərarlarda da öz əksini tapdı".

Seçilən
25
publika.az

1Mənbələr