Misli Premyer Liqasının XI turunda "Zirə" "Turan Tovuz"u qəbul edəcək.
Offsideplus.az xəbər verir ki, görüş Zirə İdman Kompleksində, saat 18:44-də başlayacaq.
"Turan Tovuz" hazırda turnir cədvəlinə başçılıq edir. Onların aktivində 21 xal var.
"Zirə" isə 19 xalla 4-cü yeri tutur.
"Qartallar" qalib gələrək ilk pilləyə yüksələ bilər.
Tovuz təmsilçisi isə yerini möhkəmlətmək istəyir.
Misli Premyer Liqası, XI tur
8 niyabr (şənbə)
18:44. “Zirə” - “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Zöhrab Abbasov
Zirə İK stadionu