AZ

Nazir: Pakistan Əfqanıstan danışıqları dalana dirəndiyindən dayandırılıb

ain.az, Olke.az saytına istinadən bildirir.

Pakistanla Əfqanıstan sərhədində baş verən toqquşmalardan sonra İstanbulda iki tərəf arasında   aparılan üçüncü raund danışıqlar da nəticəsiz bitib.Ölkə.az  xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif bəyan edib. 

 “Danışıqlar tam dalana dirənib. Danışıqlar qeyri-müəyyən bir mərhələyə  qədəm qoyub”,  -pakistanlı nazir qeyd edib.

 Türkiyə və Qətərə Əfqanıstanla gərginliyi azaltmaq  istiqamətində göstərdikləri  səmimi səylərə görə təşəkkür edən Pakistanın müdafiə naziri Asif  deyib: "Türkiyə və Qətər bizim mövqeyimizi dəstəkləyirlər. Hətta Əfqan nümayəndə heyəti də bizimlə razılaşdı, lakin yazılı müqavilə imzalamağa hazır deyildilər”.

Pakistanın yalnız rəsmi və yazılı razılaşmanı qəbul edəcəyini qeyd edən Asif bildirib ki,  Əfqanıstan tərəfi  şifahi təminatların qəbul edilməsini istədilər, lakin beynəlxalq danışıqlarda bu mümkün deyil.

Türkiyə və Qətərin əllərindən gələni etdiklərini deyən pakistanlı nazir bildirib ki,  əgər danışıqların davam etdirilməsi üçün ən kiçik nikbinlikləri olsa idi, bizdən danışıqları davam etdirməyimizi istəyərdilər.  “Bizim əliboş qayıtmağımız onların hətta Kabildən ümidlərini kəsdiklərini göstərir”, - nazir Asif  vurğulayıb.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
2
olke.az

3Mənbələr