AZ

Biləsuvarda yol qəzası baş verdi - Xəsarət alanlar var

BİLƏSUVAR. 8 noyabr. TELEQRAF

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Cənub bürosunun məlumatına görə, hadisə Bəydili kəndində, yolayrıcında olub.

Xırmandalı kənd sakini, 1982-ci il təvəllüdlü Elməddin Şıxverdiyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə Bəydili kənd sakini, 1996-cı il təvəllüdlü Mirəli Rəsulun idarə etdiyi “QAZ 24” markalı minik avtomobili toqquşub.

Nəticədə hər iki sürücü müxtəlif bədən xəsarətləri alıb və rayon xəstəxanasına çatdırılıb.

Həkim müayinəsindən sonra onların vəziyyətinin yüngül olduğu müəyyən edilib və ambulator müalicəyə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
67
teleqraf.com

1Mənbələr