AZ

Zəfər günümüz: Hər xalqa qismət olmayan Qürur Günümüzdür !

Bu gün Azərbaycanın Qarabağda qazandığı Böyük Qələbənin beşinci ildönümüdür! Həm Azərbaycanda , həm də dünyada nə qədər Azərbaycanlı varsa bu gün Zəfər Gününü qürurla qeyd edirlər. Ən yaxın dost ölkələr, qardaş xalqlarlar da Azərbaycan xalqının bu sevincini paylaşır, onlar da elə bizim qədər sevinirlər!

Taleyimizə şəhidlərin qanı ilə yazılan, xalqımızın qürur günü olan Zəfər günü hər xalqa qismət olmayacaq böyük bir xoşbəxtlikdir!O xoşbəxtlik uğrunda ilk addım Ali Baş Komandan İlham Əliyevin 2020-ci ildə sentyabrın 27-də verdiyi qərarla atıldı. Bu tarixi gün 44 günlük Vətən müharibəsində Ermənistanın işğalına son qoyan, Azərbaycanın suverenliyini bərpa edən və 28 il vətən həsrətilə yanıb -qovrulan məcburi köçkünlərin doğma torpaqlarına qayıtması səadətini təmin etdi. Artıq bütün dünyada Zəfər günü bir xalqın yadelli işğalçılara qarşı mübarizəsnin rəmzinə çevrilib.

Xalq olaraq, dövlətimizlə, xalqımızla, ordumuzla necə qürur duymaya bilərik?

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu.

O möcüzəli 44 gündə ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə qanı-çanı bahasına tarix yazdı: 27 sentyabr: Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri. Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri. Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər.

3 oktyabr: Tərtər rayonunun Suqovuşan və Talış kəndləri. Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri; Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi.

4 oktyabr: Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabad kəndləri.

5 oktyabr: Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri.

9 oktyabr: Xocavənd rayonunun Ağoğlan (Hadrut) qəsəbəsi və Sur kəndi. Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri. Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı kəndləri. Tərtər rayonunun Çaylı kəndi.

14 oktyabr: Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri. Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri.

15 oktyabr: Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri. Füzuli rayonunun Arış kəndi. Cəbrayıl rayonunun Doşulu kəndi.

16 oktyabr: Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri.

17 oktyabr: Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri.

18 oktyabr: Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı.

19 oktyabr: Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri.

20 oktyabr: Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri. Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri. Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri. Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng) kəndləri.

21 oktyabr: Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri. Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri. Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri.

22 oktyabr: Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi. Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri. Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri.

23 oktyabr: Xocavənd rayonunun Dolanlar və Bünyadlı kəndləri. Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı və Veysəlli kəndləri. Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri. Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri.

25-26 oktyabr: Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri. Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndləri. Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri və Qubadlı şəhəri.

28 oktyabr: Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli kəndləri. Füzuli rayonunun Mandılı kəndi. Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndləri. Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qılıcan kəndləri.

30 oktyabr: Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndləri. Zəngilan rayonunun Aladin, Vejnəli kəndləri. Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndləri.

2 noyabr: Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq kəndləri. Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ kəndləri. Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndləri.

4 noyabr: Cəbrayıl rayonunun Mirək, Kavdar kəndləri. Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli kəndləri. Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndləri.

7 noyabr: Füzuli rayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar kəndləri. Cəbrayıl rayonunun Yuxarı Məzrə, Yanarhac kəndləri. Qubadlı rayonunun Qəzyan, Balasoltanlı, Mərdanlı kəndləri. Zəngilan rayonunun Beşdəli kəndi. Xocalı rayonunun Qarabulaq, Moşxmaat kəndləri. Xocavənd rayonunun Ataqut, Tsakuri kəndləri.

8 noyabr: ŞUŞA şəhəri və Milli qürur günümüz olan Zəfər günümüz tarixə yazıldı.

9 noyabrdan başlayaraq isə Füzuli rayonunun Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq kəndləri. Xocalı rayonunun Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Şuşakənd, Muxtar, Daşaltı kəndləri. Xocavənd rayonunun Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər kəndləri. Cəbrayıl rayonunun Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər kəndləri. Qubadlı rayonunun Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri. Zəngilan rayonunun Keçikli, Ördəkli, Sobu, Qaragöz, İsgəndərbəyli kəndləri, Bartaz qəsəbəsi. Laçın rayonunun Güləbürd, Səfiyan, Türklər kəndləri.

10 noyabr isə nəfəsimizi tutaaraq ekran qarşısında Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatına əsasən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elanınıdinlədik. Qələbə bizimlə idi!

Sonra zəfər üstünə zəfər gəldi:20 noyabr – Ağdam; 25 noyabr – Kəlbəcər; 1 dekabr – Laçın azad olundu.Bi gözümüz şəhidlərimizə ağlasa da, bir gözümüz Zəfərimizə sevindi, bütün ruhumuzla sevindik! Artıq nə düşmənlərimizin, nə də düşmənə havadarlıq, dostluq, “qardaşlıq” edən qüvvələrin qınayıcı , aşağılayıcı baxışlarının, rişxənd dolu kəlmələrinin qarşısında başımızı aşağı dikib, susub keçməyəcəyik! Axı biz qalib xalq olduq!Axı bizim xalqımız 30 illik münaqişəni 44 günə sona çatdıran igidlərin vətənidir!

Axı, niyə də qürurlanmayaq, qalib duruşumuzla düşmənə də, onu dəstəkləyən qüvvələrə də qalib duruşumuzla QALİB olduğumuzu göstərməyək!?Axı, 44 günlük qısa bir zamanda dünya hərb tarixinə misli görünməmiş savaş kimi düşən o müqəddəs savaşımız var! Bax, o 44 gün Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.

Dərindən nəfəs almaq, sevincimizi ürəkdən yaşamaq imkanımızı Qarabağda hələ də təxribatlar törədən terrorçu qrupların törətdiyi qanlı olaylar mane olurdu. Ordumuza qarşı o qrupların hücumları hər birimizi təşvişə salırdı. Siz də bildiyimiz kimi, İmzalanmış Kapitulyasiya Aktından sonra, Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi, halbuki, üçtərəfli bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərksilah edilməli idilər. Azərbaycan bütün bunlara baxmayaraq demək olar ki, sülhün bərqərar olması üçün 3 il müddətində əlindən gələni etdi. Bütün bunları danışıqlar yolu ilə həll etməyə çalışdı. Təəssüf ki, ermənilər bunu anlamaq istəmədilər və bu müddət ərzində silahlı qüvvələrinin sayını artırmaq, xaricdən silah almaq, təxribatlar törətməklə məşğul idilər. Azərbaycan Dövləti əleyhinə bəyanatlar verirdilər. O vaxt Azərbaycan ərazisində qanunsuz olaraq Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika, iki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı qurğular yerləşdirilmişdi. Azərbaycana qarşı terror aktları törətmək üçün eyni zamanda 2021-ci ildə Ermənistanda istehsal edilmiş minalardan istifadə edilmişdi. Laçın sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdı.

Bütün bu təxribatların qarşısının alınması, Üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Resdpublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlandı.

Elə cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur edən Ordumuzun qarşısında baş əyməkdən başqa sevincimizi başqa cür ifadə edə bilərdikmi? Hamımızın 5 il əvvəl xəyalı ilə yaşadığımız , sonda dərindən kök ötürərək kədərləndiyimiz , xısın-xısın ağladığımız çarəsiz anları tarixin arxivinə göndərdik! Tam və qəti qələbədən sonra isə Qarabağ elatının yurda dönüş erası başladı. İndi köç maşınları dəstə-dəstə Qarabağa köç yox, yurda dönüş sevinci, Vətəndə yaşamaq səadəti aparır!

Zəfərimiz bizə sonsuz qürur hissi keçirməyi, qüdrətli bir xalqın nümayəndələri olduğumuzu təlqin etdi!

Zəfərimiz münasibətilə bütün Azərbaycan xalqını, Azərbaycan xalqı qədər sevinən qardaş-dost xalqları, Ordumuzu və ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevi təbrik edirik!

Zəfər yolunda 1987—ci ildən üzü bəri canını əsirgəməyən bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik! Məqamınız hər zaman uca olsun!

Zəfər yolunda 1987—ci ildən üzü bəri sağlamlığını itirən bütün döyüşçülərə Allahdan şəfa və səbr diləyirik!

Zəfər gününüz mübarək, bu, zəfəri haqq edən xalqım!

Əntiqə Rəşid

Seçilən
70
nocomment.az

1Mənbələr