AZ

ABL: NTD Gəncə səfərində

Bu gün Azərbaycan Basketbol Liqasının 6-cı turunun daha bir oyunu keçiriləcək.

Fanat.Az xəbər verir ki, "Gəncə" NTD-ni qəbul edəcək.

A qrupunun matçı Gəncə Olimpiya İdman Kompleksində baş tutacaq. Qarşılaşma saat 14:00-da start götürəcək.

Gəncə təmsilçisi qrupda 5-ci, NTD isə sonuncu - 6-cı yerdədir. Hər iki komandanın 5 xalı var.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Sumqayıt" "Lənkəran"ı (98:94), "Ordu" isə "Naxçıvan"ı (100:76) məğlub edib. Tura noyabrın 9-da yekun vurulacaq.

Seçilən
49
1
fanat.az

2Mənbələr