AZ

Noyabrın faydalı balıqları məlum oldu

Havanın soyuması ilə dənizlərdə bolluq artıb. Balıq mövsümünün ən zəngin dövrlərindən biri olan noyabr ayında bir çox balıq növü ən yağlı və ən dadlı halına çatır.

Bu dövrdə balıq istehlakı orqanizmi gücləndirir, ürək-beyin sağlamlığını dəstəkləyir.

Noyabrın ən faydalı balıqları

Kilkə

Kilkə noyabrda tam yağlanma mərhələsinə çatır. Omega-3 və kalsiumla zəngin olan kilkə ürək-damar və sümük sağlamlığını dəstəkləyir. Mütəxəssislər qızartma əvəzinə buğlama və ya sobada bişirməyi məsləhət görür.

Palamut

Noyabr palamutun ən bol və ən dadlı dövrüdür. Ətli quruluşu və yüksək omega-3 dəyəri ilə somonla müqayisə edilir. İmmuniteti gücləndirir və uzun müddət toxluq hissi yaradır.

Lüfer

Dənizlərin ən ləzzətli balıqlarından biri olan lüfer bu ay ən ideal yağlanma səviyyəsinə çatır. B12, fosfor və selenyumla zəngindir. Xüsusilə uşaqlarda beyin və sinir sistemi inkişafına müsbət təsir edir.

Çipura (qızılbaş)

Noyabrda təbii dəniz çipurası ən keyfiyyətli halında olur. Zəngin protein və D vitamini məzmunu ilə əzələ və sümük sağlamlığını dəstəkləyir. Manqal və ya sobada bişirildikdə qida dəyəri qorunur.

Ləbri (dəniz ağ balığı)

Noyabrda ovlanması sərbəst olan ləbri yağlı və aromatik dadı ilə seçilir. Doymamış yağ turşuları sayəsində ürək sağlamlığı üçün faydalıdır. Həzm sistemi üçün də yüngül və əlverişlidir.

Skumbriya

Bu ayda skumbriya daha yağlı və ləzzətli olur. Omega-3 ilə zəngin olması ürək və damar sağlamlığını qoruyur və sinir sistemi üçün müsbət təsir göstərir.

Balığın qida dəyərini qorumaq üçün qızartmadan çəkinmək lazımdır.

Buğlama və ya manqal üsulu daha sağlamdır.

Həftədə ən az iki dəfə balıq yemək ürək-damar sağlamlığı üçün böyük əhəmiyyət daşıyır./Milli.az

Seçilən
16
5
musavat.com

6Mənbələr