AZ

Zəfər Günü ilə bağlı şagirdlər videoçarx hazırladı

BAKI, 8 noyabr. TELEQRAF

8 Noyabr – Zəfər Günü münasibətilə paytaxtın 276 nömrəli tam orta məktəbinin 1a sinif rəhbəri Bağırova Nərmin Vaqif qızı tərəfindən şagirdləri ilə birlikdə videoçarx hazırlanıb.

Teleqraf xəbər verir ki, videoçarxda balaca şagirdlərin Vətənə olan sonsuz sevgisi öz əksini tapıb.

Təşəbbüsün əsas məqsədi məktəblilərin milli ruhda tərbiyəsini möhkəmləndirmək və onlarda vətənpərvərlik hissini daha da gücləndirməkdir.

“Əvvəllər şagirdlərimizə işğal tarixindən danışırdıq, indi isə qürur hissi ilə qalibiyyət tarixindən bəhs edirik. Qalib ölkənin müəllimi olaraq uşaqlara bu tarixi öyrətmək, onlarda vətənpərvərlik hissini formalaşdırmaq bizim ən mühüm vəzifəmizdir. Bizə "Qalib xalq" adını qazandıran şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə can sağlığı diləyirəm.
Zəfərin əbədi olsun, Azərbaycan!” – deyə sinif rəhbəri vurğulayıb.

Seçilən
26
teleqraf.com

1Mənbələr