Bakı. Trend:
Monteneqronun Budva şəhərində şahmat üzrə yeniyetmələr arasındakeçirilən Avropa çempionatı sona çatıb. 48 ölkədən 1169 şahmatçınınmübarizə apardığı qitə birinciliyində Azərbaycan 3 medalqazanıb.
Trend xəbərverir ki, 14 yaşlı oğlanların kateqoriyasında təmsilçimiz XaqanƏhməd 7,5 xal toplamaqla birinci yeri tutub.
9 turdan sonra iki şahmatçının eyni xalı yaranıb. Əlavəəmsallara görə Xaqan Əhməd yarışın 6-cı turunda məğlub etdiyiErmənistan şahmatçısı Tiqran Ambarçumanyanı qabaqlayaraq 116şahmatçı arasında birinci yerə layiq görülüb və Avropa çempionutitulunu əldə edib.
10 yaşlı qızların yarışında Mehriban Əhmədli 9 turda 7,5 xaltoplayaraq gümüş medala layiq görülüb. 16 yaşlı qızlarınbirinciliyində isə Məryəm Ağaverdiyeva 9 partiyada 7 xalla Avropaçempionatının bürünc medal qazanıb.
Daha iki şahmatçımız mötəbər yarışı ilk beşlikdə bitirib. 16yaşlı oğlanların mübarizəsində Rüstəm Rüstəmov, 8 yaşlı oğlanlarınyarışında isə Kənan Babasoy yekunda 2-5-ci sıraları bölüşüb.
1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan Azərbaycan komandahesabında 48 ölkə arasında 5-ci olub.
Yarışın bağlanış mərasimində qalib və mükafatçılara medal, kubok vədiplomlar verilib. 14 yaşlı oğlanların mübarizəsində qızıl medalqazanan Xaqan Əhmədin şərəfinə Monteneqroda Azərbaycanın DövlətHimni səsləndirilib.