BAKI, 8 noyabr. TELEQRAF
Azərbaycanın tamblinq üzrə yığma komandası İspaniyanın Pamplona şəhərində keçirilən dünya çempionatının qalibi olub.
Bu barədə Teleqraf-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanovdan ibarət milli batut gimnastikası və tamblinq üzrə dünya çempionatında öz titullarını qorumağı bacarıb.