AZ

“Barselona” yeni “Kamp Nou”da konsertləri qadağan edəcək

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Barselona”nın ev stadionu “Kamp Nou”da təmirdən sonra Kataloniya klubunun rəhbərliyi təmir olunmuş arenada konsertləri qadağan etmək qərarına gəlib.

İdman.Biz bildirir ki, kütləvi tədbirlərin yalnız yay aylarında, iyundan sentyabr ayına qədər keçirilməsinə icazə veriləcək. Bu addım meydançanın ot örtüyünün qorunmasına kömək edəcək.

Barselonadakı “Kamp Nou” stadionunun təmirinə 2023-cü ilin iyun ayında başlanılıb. Tikinti işləri başa çatdıqdan sonra stadionun azarkeş tutumu 99.000-dən 105.000-ə qədər artacaq. Komandanın stadiona qayıtması dəfələrlə təxirə salınıb.

“Barselona” 11 oyundan 25 xalla İspaniya liqasının cədvəlində ikinci yerdədir. “Real Madrid” isə 30 xalla birinci yerdədir.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
icma.az

2Mənbələr